Azedu.az

"Təkcə savadı olan müəllimin direktor olması doğru deyil"

Müəllimlər və elm adamları

3 Yanvar 2025, 10:35
"Təkcə savadı olan müəllimin direktor olması doğru deyil"

“İdarəetmə təcrübəsi olmayan, sadəcə savadlı müəllimlərin məktəb direktoru olması doğru deyil”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov məktəb direktorlarının seçilməsindən danışarkən deyib.

 

O qeyd edib ki, məktəb direktoru olmaq istəyən namizədlər ən azı 2 və ya 3 il direktor müavini olaraq işləməlidirlər:

152465

“Bu, çox vacibdir. Digər vacib nüanslardan biri də həmin şəxslərin psixoloji durumunun yerində olub-olmamasını öyrənməkdir. Çünki bu, aparıcı bir sahədir. Psixoloji durumu yerində olmayan insanlar üzərlərinə bu qədər böyük məsuliyyət götürə bilməzlər”.

 

Ekspert qeyd edib ki, direktor çox böyük kütləni idarə edə bilməlidir:

 

“Məktəblərdə yüzlərlə şagird, onlarla müəllim var. Onların valideynlərini də nəzərə alsaq, görərik ki, məktəb direktorlarının təsir etmə əhatəsi 50 min nəfərə (icmanın nümayəndələri, valideynlər, həmin ailəni əhatə edən insanlar) çatır. Bu səbəbdən direktorluq çox məsuliyyətli və ciddi bir vəzifədir. İdarəetmə təcrübəsi olmayan, sadəcə savadlı müəllimlərin sözügüdən vəzifəyə gəlməsi doğru deyil”.

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox