Azedu.az

Qəzada həlak olanların cənazəsi Bakıya GƏTİRİLDİ

Xəbərlər

28 Dekabr 2024, 23:40
Qəzada həlak olanların cənazəsi Bakıya GƏTİRİLDİ

AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.

AzEdu.az xəbər verir ki, cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

 

 

18:41

Rusiya səmasında vurulduqdan sonra Aktauda qəza enişi edən AZAL-a məxsus təyyarədə həlak olmuş daha 24 nəfərin cənazəsi Azərbaycana gətirilir.

AzEdu.az xəbər verir ki, cənazələri gətirən təyyarə Aktau hava limanından yola salınıb. Hava gəmisinin təxminən bir saat sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir. 

Həlak olan həmyerlilərimizin nəşlərinin sabah ailələrinə təhvil veriləcəyi bildirilib.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox