“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.
AzEdu.az-ın məlumatına əsasən bu kartla tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, promokod və endirimlərindən yararlana biləcəklər. Layihəyə 250-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və digər məkanlarda müəyyən güzəştlər ediləcək. Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Əməkdaşlıq müqaviləsi imzalanmış 20 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 170 000 tələbə “TələbəPlus” kartı ilə təmin edilməkdədir.