Azedu.az

25 min nəfər peşə məktəbinə qəbul olunub

Məktəbə qəbul

Elm və Təhsil Nazirliyi

Peşə Təhsili

28 Dekabr 2024, 12:18
25 min nəfər peşə məktəbinə qəbul olunub

2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İ

AzEdu.az-ın məlumatına əsasən, bu il ilk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub. Bu il peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbul olunub. Onlardan 15 890 nəfəri kişi, 8 931 nəfəri (36%) qadındır. 21 179 nəfər (85%) dövlət sifarişli, 3 642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Həmçinin, 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21 faiz artıb.

Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faiz artıb. Bu, 2021-2022-ci tədris illərində 14 160, 2022-2023-cü tədris illərində 16 040, 2023-2024-cü illərdə 18 290, 2024-2025-cü tədris illərində isə 23185 nəfər olub.
 

Rusiyada təxliyə başlayır - Hava limanları bağlandı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox