Azedu.az

Ata 4 azyaşlı uşağını qətlə yetirib

Xəbərlər

28 Dekabr 2024, 11:02
Ata 4 azyaşlı uşağını qətlə yetirib

Rusiyanın Tver vilayətində 4 uşaq qətlə yetirilib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə “Mejurka” bağ massivində baş verib.

Massivdə yerləşən şəxsi evdə 1 yaşdan 7 yaşa qədər uşaqların meyiti tapılıb. İlkin məlumatlara görə, uşaqları atası qətlə yetirib.

Qətldən sonra o, intihara cəhd etsə də, sağ qalıb. Kişi xəstəxanaya aparılıb. Hazırda hadisə yerində müstəntiqlər işləyir.

Faktla bağlı iki və daha çox şəxsi qətlə yetirmək maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox