Azedu.az

Valideynlər övladlarına hər adı qoya bilməz - QANUN 

Xəbərlər

Araşdırma

28 Dekabr 2024, 15:31
Valideynlər övladlarına hər adı qoya bilməz - QANUN 

Hər kəs övladına maraqlı, yaddaqalan, mənalı ad qoymaq istəyər. Elə ad ki, o uşaq yaşadığı müddətdə utanmasın, adıyla qürur duysun, adını yaşatsın, adıyla yaşasın. Ancaq təəssüf ki, bəzi hallarda bu heç də belə olmur. Valideynlər “Kreativ”lik adı altında mənası olmayan, qeyri-adi adları uşaqlarına qoymaq istəyirlər. Bu zaman isə “ASAN Xidmət”-də problemlərlə qarşılaşırlar.

 

Bəs görəsən, uşaqlara adın qoyulması hansı qanunla tənzimlənir?

 

AzEdu.az məsələ ilə bağlı araşdırma edib.

 

Araşdırmaya əsasən, Mülki Məcəllənin 26-cı maddəsini ilə fiziki şəxslər, Ailə Məcəlləsinin 53-cü maddəsi ilə isə uşaqlar ad, ata adı və soyad danışmaq hüququna malikdir:

 

“Ancaq bununla yanaşı ad hüququ məhdudlaşdırıla bilən hüquqdur. Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

 

Ali məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarına əsasən ad almaq hüququ Azərbaycan dövlət dilinin işlənməsinə və qorunmasına uyğun olaraq məhdudlaşdırıla bilər. Buna görə də uşağa ad seçərkən Azərbaycan dilinin norma tələblərinə əməl etmək lazımdır”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox