Azedu.az

Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

28 Dekabr 2024, 09:40
Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

AzEdu.az  xəbər verir ki, hadisə rayonun Dağ Bağırlı kəndində baş verib.

Hadisə nəticəsində bir ailənin üç üzvü 1980-ci il təvəllüdlü Ruhlan Nağı oğlu Ağacanov, 2008-ci il təvəllüdlü Ruhin Ruhlan oğlu Ağacanov və 2015-ci il təvəllüdlü Zəhra Ruhlan qızı Ağacanlı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Onların evdəki qaz sobasından zəhərləndiyi güman edilir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox