Azedu.az

Rusiyadan Mingəçevirə gələn yeniyetmə qəfil öldü

Xəbərlər

28 Dekabr 2024, 09:37
Rusiyadan Mingəçevirə gələn yeniyetmə qəfil öldü

Mingəçevir şəhərində 14 yaşlı oğlan qəfil ölüb.

AzEdu.az xəbər verir ki, 2010 təvəllüdlü Mingəçevir şəhər sakini Aslan Yusubov yaşadığı evdə vəfat edib.

Məlumata görə, A.Yusubov Rusiyada yaşayırmış. O, ailəsi ilə birgə Mingəçevirə gəlib.

Onun ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox