AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
28 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
28 dekabr Ümumdünya Kino Günüdür:
Lümer qardaşlarının çəkdiyi "Qatarın La Ciotat stansiyasına gəlişi”, “Körpənin savaşı” və “Nalbənd" filmləri 1895-ci ilin bu günü Parisdə ilk dəfə tamaşaçılara təqdim edildi. Bundan sonra 28 dekabr Ümumdünya Kino Günü olaraq qeyd edilməyə başlandı.
28 dekabr 1918-ci ildə Paris Sülh konfransına nümayəndə heyəti seçildi:
Heyətə paralmentin sədri Əlimərdan bəy Toçubaşov rəhbər təyin olundu. Nümayəndə heyətinə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin de-fakto tanınmasına nail olmaq, Azərbaycanın milli mənafeyi və süverenliyini qorumaq səlahiyyətləri verilmişdi.
28 dekabr 1991-ci ildə Xankəndi şəhəri və ətraf əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub:
Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə 1989-cu ildən başlanıb.
Erməni silahlı quldurları bu şəhərdə yaşayıb-işləyən azərbaycanlıları təqib edib, zorla ev-eşiyindən qovub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib.
28 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının yeni manatının təqdimatı olub:
Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısının 2005-ci il 7 fevral tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilib. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.
"Hörümçək adam", "Hulk" və "X adam” kimi fantastik romanlarıyla tanınan amerikalı (ABŞ) yazıçı Sten Li 28 dekabr 1922-ci ildə anadam olub.