Azedu.az

Kürdəmirdə ağır qəza baş verib, yeniyetmə xəsarət alıb

Xəbərlər

28 Dekabr 2024, 06:02
Kürdəmirdə ağır qəza baş verib, yeniyetmə xəsarət alıb

Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində ağır qəza qeydə alınıb.

AzEdu.az  APA-a istinadən xəbər verir ki, "VAZ - 2107"markalı avtomobil "Ford" markalı mikroavtobusa çırpılıb.

Qəza zamanı "VAZ"- ın sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerində dünyasını dəyişib.

Onun qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox