Azedu.az

Mingəçevirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Xəbərlər

27 Dekabr 2024, 22:03
Mingəçevirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Mingəçevir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzEdu.az Reporta istinadən xəbər verir ki, BMW və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Q.Məmmədov və 2004-cü il təvəllüdlü M.Kamalov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox