Azedu.az

14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb

Xəbərlər

27 Dekabr 2024, 16:33
14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb

Cəlilabadda 14 yaşlı yeniyetmə yelləncəkdə oynayarkən ip boğazına dolaşıb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bədbəxt hadisə rayonunun Uzuntəpə kəndində baş verib.

Kazımabad kənd sakini olan 14 yaşlı qız yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox