Azedu.az

Görkəmli riyaziyyatçı alimin biblioqrafik göstəricisi çapdan çıxıb

Xəbərlər

27 Dekabr 2024, 13:04
Görkəmli riyaziyyatçı alimin biblioqrafik göstəricisi çapdan çıxıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli riyaziyyatçı alim Yusif Əmənzadənin biblioqrafik göstəricisi çapdan çıxıb.

MEK-dən AzEdu.az-a bildirilib ki, təqdim olunan vəsait Azərbaycanın mexanika-riyaziyyat sahəsinin görkəmli nümayəndələrindən biri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Yusif Əmənzadənin 110 illiyinə həsr olunub və alimin ilk biblioqrafik göstəricidir.

Nəşrə onun 1958-1982-ci illərdə çap olunmuş elmi əsərləri – kitabları, məqalələri, məruzələri, habelə redaktə etdiyi əsərlər daxil olmaqla 102 mənbə toplanıb.

Göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Tamilla Həsənova, tərtibçiləri kitabxananın Biblioqrafiya şöbəsinin əməkdaşları Nərgiz Novruzova və Türkan Vahidovadır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox