Bu gün dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin sonuncu test imtahanı keçirilib. Müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.
İmtahan iştirakçılarının 56 %-i kişi, 44 %-i isə qadınlardan ibarət olub. Namizədlər arasında gənclərin də olmasına baxmayaraq, yaşlı nəsil üstünlük təşkil edib.
AzEdu.az imtahan prosesinin gərgin anlarını lentə alıb. Direktorların işə qəbul imtahanı barədə sujeti təqdim edirik.