Azedu.az

Kürdə batdığı ehtimal edilən 13 yaşlı qızın axtarışı davam etdirilir

Xəbərlər

27 Dekabr 2024, 11:58
Kürdə batdığı ehtimal edilən 13 yaşlı qızın axtarışı davam etdirilir

Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Saray Sərvan qızı Kərimlinin batdığı ehtimal edilən istiqamətlərdə dalğıclar cəlb edilməklə axtarışlar davam etdirilir.

 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox