Azedu.az

“Tarixdə bu gün” - 27 dekabr...

Rubrika

Xəbərlər

27 Dekabr 2024, 08:50
“Tarixdə bu gün” - 27 dekabr...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

27 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

27 dekabr 2008-ci ildə Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olub:

 

Formasına görə qədim Azərbaycan musiqi alətlərindən birini - tarı xatırladan binada 350 tamaşaçı yeri olan zal, klub, tədris otaqları və səsyazma studiyası var.

 

27 dekabr 1934-cü ildə Xalq rəssamı, heykəltaraş, Dövlət mükafatları laureatı İbrahim Zeynalov anadan olub:

 

O, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.

 

27 dekabr 1945-ci Beynəlxalq Valyuta Fondu (BVF) təsis edildi:

 

Həmin gün 29 dövlət BVF-nin Xartiyasını imzaladı. Hazırda BVF öz sıralarında 188 dövləti birləşdirir. Onun strukturlarında 133 ölkədən 2500 əməkdaş işləyir.

 

27 dekabr 1975-ci ildə Hindistanın Bihar rayonunda mədən ocağında baş verən partlayışda 372 nəfər həyatını itirdi.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox