Azedu.az

7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də var

Xəbərlər

26 Dekabr 2024, 11:00
7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də var

Təyyarə qəzasında həlak olanlardan 7 nəfərin şəxsiyyəti müəyyənləşib.

AzEdu.az “tengrinews.kz”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Bildirilib ki, həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür.

Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Kalyaninov Aleksandr, həmçinin stüardessa Hökümə Əliyeva da var. Stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə sağ olaraq qurtulub.

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.

 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox