Təyyarə qəzasında həlak olan şəxslərdən ikisinin Qusar rayonundan olduğu məlum olub.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən bacı və qardaşın ata və anası illər öncə vəfat edib. Onlar tələbə deyillər. Bildirilib nə Əli Əlimirzəyev, nə də ki, Xədicə Əlimirzəyeva evli olmayıb.
Yaxınlarından heç biri Qusarın Sudur oba kəndində yaşamırlar.
Məlumatda qeyd olunub ki, yaxın zamanda onların vəziyyəti ilə bağlı son məlumatlar təsdiqlənəcək. Hələ ki, vəfat etmələri barədə dəqiq məlumat yoxdur.
09:55
AZAL-ın təyyarəsinin dekabrın 25-də Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanlardan ikisinin Qusar rayonundan olduğu məlum olub.
AzEdu.az xəbər verir ki, faciəli şəkildə həlak olan vətəndaşlarımız sırasında Qusar rayonunun Sudur oba kənd sakinləri də var. Bacı-qardaş, 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlər də faciənin qurbanı olublar.