Azedu.az

Sumqayıtda 21 yaşlı gənc bıçaqlanıb-YENİLƏNİB

Xəbərlər

26 Dekabr 2024, 10:04
Sumqayıtda 21 yaşlı gənc bıçaqlanıb-YENİLƏNİB

DİN Sumqayıtda 21 yaşlı gəncin bıçaqlanması ilə bağlı məlumat yayıb.

AzEdu.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü K.Məhərrəmova kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

09:14

Sumqayıtda 21 yaşlı gənc bıçaqlanıb.

AzEdu.az xəbər verir ki, hadisə 1-ci məhəllə ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Kənan Ceyhun oğlu Məhərrəmov aralarında baş vermiş münaqişə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox