Azedu.az

Zərdabda yeniyetmənin Kür çayında batması ehtimal olunur

Xəbərlər

25 Dekabr 2024, 14:54
Zərdabda yeniyetmənin Kür çayında batması ehtimal olunur

Zərdabda 13 yaşlı yeniyetmənin Kür çayında batması ehtimalı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən axtarışlar davam edir.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində 8-ci sinif şagirdinin batması ehtimal olunur. Azyaşılın atasının sözlərinə görə, ötən gün səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun çayda batması ehtimalını artırıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu və hüquq mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda azyaşlının axtarışları davam etdirilir.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox