Qazaxıstanda qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarənin göyərtəsində olan Rusiya vətəndaşlarının siyahısı açıqlanıb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, siyahıda 15 nəfərin ad və soyadı qeyd olunub.
Rusiya vətəndaşları arasında milliyyətcə üç nəfər azərbaycanlı olub: Ağayev Ramin, İsmayılov İsmayıl və Məmmədov Zaur.
12:06
Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı olub.
AzEdu.az xəbər verir ki, bununla bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyi bildirib.