Azedu.az

Uşaqlarda raxit xəstəliyi: Diaqnoz qoyulmadan müalicə etməyin - PEDİATR

Xəbərlər

25 Dekabr 2024, 11:00
Uşaqlarda raxit xəstəliyi: Diaqnoz qoyulmadan müalicə etməyin - PEDİATR

Uşaqlarda sümük inkişafının düzgün getməməsi, vitamin D çatışmazlığı və digər faktorlarla əlaqəli olan raxit xəstəliyi hələ də bir çox valideynin narahatlığına səbəb olur. Bu səbəbdən bəzi analar, övladları bir az çox tərləyəndə, alnı qabağa gəldikdə və ya döş qəfəsi batıq olduqda bunun raxitlik əlaməti olduğunu düşünürlər və müəyyən dərman preparatlarından istifadə edirlər.

 

Maraqlıdır ki, yuxarıda qeyd olunan əlamətlərə sahib olan hər uşağa raxit diaqnozu qoymaq doğrudur?

 

AzEdu.az-a açıqlama verən pediatr Günay Rəsulova bildirib ki, təəssüf ki, heç bir analiz edilmədən bu diaqnoz qoyulub "kalsiumla" müalicə başlanması çox böyük yanlışdır:

 

“Raxit sadəcə uşağın üzünə baxaraq qoyula biləcək diaqnoz deyil. Bir az çox tərləyən, alnı qabağa gələn, döş qəfəsi batıq olan, əmgəyi açıq, hər ayağı bir az əyri olan və dişi bir az gecikən uşaqlara təəssüf ki, heç bir analiz edilmədən bu diaqnoz qoyulub 'kalsiumla' müalicə başlanır ki, bu çox böyük yanlışdır.

 

Raxit əsasən vitamin D çatışmazlığından yaranan bir xəstəlikdir və başın alın və təpədən böyüməsi, əmgəyin normadan böyük olması, 18-24 aydan gec bağlanması, kəllə tikişlərinin geniş olması, başda "kraniotabes" adlı yumuşaqlığın olması, sümüklərdə, xüsusilə qabırğanın döş sümüyünə birləşən yerində sümük qalınlaşmasının əmələ gəlməsi, yeriyən uşaqlarda O və X-vari ayaqlar, böyük qarın və s. əlamətlərlə müşahidə olunur. Həkim, uşaqda raxitdən şübhələnirsə, bu şübhəni dəqiqləşdirmək üçün bir neçə analiz tələb olunur. Analiz nəticələri uyğun gəldikdə, o zaman raxit diaqnozu qoyulub, D vitamini yüksək dozada 5-6 həftəlik müalicəyə başlanmalıdır".

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox