AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
25 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
25 dekabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.
25 dekabr 1992-ci ildə Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib.
25 dekabr 1991-ci ildə SSRİ-nin Prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa verib:
Moskva vaxtı ilə saat 19.00-da Mərkəzi Televiziyanın birbaşa efirində çıxış edən Qorbaçov Müstəqil Dövlətlər Birliyinin elan edilməsindən sonra bu vəzifədə qalmasının qeyri-mümkün olduğunu deyib. Saat 19:38-də Kreml üzərində SSRİ-nin bayrağı endirildi və Rusiyanın üçrəngli bayrağı qaldırıldı. Eyni gündə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Ali Sovetinin qərarı ilə dövlətin adı Rusiya Federasiyası elan edilib. Həmin gün axşam Vaşinqtonda ABŞ Prezidenti Corc Buş SSRİ-nin müttəfiq respublikalarının, o cümlədən Azərbaycanın müstəqilliyinin tanınması barədə bəyanat verib.
25 dekabr 1906-cı ildə Filologiya elmləri doktoru, professor Əli Sultanlı anadan olub:
O, antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.