Ötən gün Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfər batıb.
AzEdu.az xəbər verir ki, çayda batan şəxsin kimliyi bəlli olub.
O, Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Kərimli Saray Sarvan qızıdır.
2011-ci il təvəllüdlü qız ötən gün saat 08 radələrində məktəb yoldaşına bildirib ki, Kür çayına gedir: “Bunu məktəbdə psixoloqa deyərsən”.
S. Kərimli lakin oraya hansı məqsədlə getdiyini bildirməyib. Onun məktəb yoldaşı N.A. bu barədə məktəbin direktoru və psixoloquna məlumat verib.
Daha sonra isə hadisə ilə bağlı sahə polis nəfərinə bildirilib.
Hazırda FHN-in aidiyyəti qurumları hadisə yerinə cəlb olunmaqla Saray Kərimlinin meyitinin Kür çayında batması ehtimalı əsasında axtarış-xilasetmə işləri aparılır.
22:08
Zərdabda 13 yaşlı yeniyetmə qız Kür çayında batıb.
AzEdu.az xəbər verir ki, hadisə dekabrın 24-də, səhər saatlarında Kür çayının rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 8-ci sinif şagirdi olan Saray Sərvan qızı Kərimli səhər-səhər məktəbə getmək adı ilə evdən çıxıb, sonradan isə onun Kür çayında batdığı bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar və hazırda yeniyetmənin tapılması istiqamətində zəruri işlər həyata keçirilir.
"Dərs adı ilə evdən çıxıb, məktəbə çatmayıb. Sonradan müəllimləri məlumat alıblar. Çantasını Kürün qırağından tapıblar", - yeniyetmənin əmisi Zamin Kərimov Baku TV-yə danışarkən bildirib.