Azedu.az

Tovuzda zəhərlənmə: 8 tələbə xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Peşə Təhsili

24 Dekabr 2024, 19:15
Tovuzda zəhərlənmə: 8 tələbə xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Tovuzda zəhərlənən 8 tələbənin vəziyyəti açıqlanıb.

TƏBİB-dən AzEdu.az-ın  sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”, - TƏBİB-in məlumatında qeyd olunub.

 

18:15

Xəbər verdiyimiz kimi, Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Belə ki, rayonda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Peşə Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 24-də təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər:

 

"Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib.

 

Hazırda vəziyyətləri qənaətbəxşdir. Təhlükə sovuşub",-deyə qeyd edilib.

 

 

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox