Azedu.az

Dövlət qulluğuna test imtahanına qeydiyyat elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Dekabr 2024, 15:23
Dövlət qulluğuna test imtahanına qeydiyyat elan edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid  BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.

BB vəzifə qruplarına uyğun imtahan saat 11:00-da, AB, AC və BA vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2024-cü il 24 dekabr saat 15:00-dan 2025-ci il 14 yanvar saat 23:59-dək aparılacaq.

İştirakçıların nəzərinə çatdırırıq ki, 2025-ci ildən etibarən dövlət qulluğuna qəbul imtahanları yalnız elektron formada keçiriləcək və yerlərin sayı məhdud olacaq. Yanvarın 23-də keçiriləcək imtahan üçün 1520 yer ayrılıb. Qeyd edək ki, BB vəzifə qrupu üzrə imtahan iştirakçılarının sayının çoxluğu nəzərə alınaraq, 2025-ci ildə bu vəzifə qrupu üzrə imtahanların hər ay təşkil edilməsi planlaşdırılır. Digər vəzifə qrupları üzrə imtahanların isə əvvəlki qaydada bir aydan bir keçirilməsi nəzərdə tutulur.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox