Azedu.az

Agentlik sədri: “Proqram akkreditasiyası üçün xidmət haqqının tətbiqi edilməlidir"

Xəbərlər

24 Dekabr 2024, 13:04
Agentlik sədri: “Proqram akkreditasiyası üçün xidmət haqqının tətbiqi edilməlidir"

“Hazırda yalnız institusional akreditasiya üzrə dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulub”.

AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. 

O bildirib ki, bununla belə, proqram akkreditasiyası cari ildə ikili diplom proqramlarının qiymətləndirilməsi də daxil olmaqla 18 ali təhsil müəssisəsində keçirilib və növbəti illərdə də davam etdirilməsi planlaşdırılır:

“Bu fəaliyyətin maliyyə tutumluluğunu nəzərə alaraq, düşünürəm ki, bu istiqamətdə xidmət haqqının tətbiqi üçün də işlər aparılmalıdır”.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox