Azedu.az

Mühitin dil öyrənməyə TƏSİRİ: Qısa müddətli kurslar yetərlidirmi?

Müəllimlər və elm adamları

24 Dekabr 2024, 10:30
Mühitin dil öyrənməyə TƏSİRİ: Qısa müddətli kurslar yetərlidirmi?

Müşahidələr göstərir ki, xarici dili öyrənməkdə çətinlik çəkən bir şəxs, xarici ölkəyə getdikdən sonra qısa müddət ərzində həmin ölkənin dilini daha sürətli və effektli şəkildə mənimsəyir.

 

Maraqlıdır ki, bunun səbəbi nədir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Cambridge universitetinin CELTA sertifikatlı İngilis dili müəllimi Vüqar Məmmədov qeyd edib ki, bu gün bir çox insan qısa müddətli kurslara: məsələn, 20 günlük və ya 3 aylıq kurslara gedir:

 

“Bura da mühit vacibdir, lakin təkcə mühit kifayət etmir. Uşaqlıqdan etibarən qulaqlarımız 24 saat ərzində dinləməyə məruz qalıb və bu proses illərlə davam edib. Məsələn, Azərbaycan vətəndaşı Rusiyaya gedib bazarlarda işləyərkən rus dilində danışmağı öyrənir. Çünki həmin şəxs eyni mühitdə eyni şeyləri o qədər eşidib və təkrarlayıb ki, bu ifadələri mənimsəyib. Belə hallarda insan özü də bilmədən danışmağa məcbur olur.

 

Digər tərəfdən, bəzi insanlar xarici ölkəyə getməsələr də, orada olan mühiti özləri üçün quraraq xarici dil öyrənirlər. Məsələn, filmlər, musiqilər, hekayələr və YouTube vasitəsilə müxtəlif proqramlardan istifadə edərək dil biliklərini inkişaf etdirirlər. Əlbəttə, bunlar üçün də müəyyən vaxt ayırmaq lazımdır.

 

Ancaq bu gün bir çox insan qısa müddətli kurslara - məsələn, 20 günlük və ya 3 aylıq kurslara – gedir. Onlar başa düşmürlər ki, 3 aylıq kursa gedən vaxt 1 aya 8 dərsə qoşulursa bu 8 saat, 3 ayda isə  24 saat edir. Maraqlıdır, 24 saatlıq xarici dil biliyi ilə insanlar hansı nailiyyətlər əldə edə bilərlər ki? Əlbəttə, bir az da olsa nəsə öyrənəcəklər, lakin bu, həmin şəxsin dili tam bildiyini göstərmir”.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox