Azedu.az

Uşaq bağçalarına saxta vakansiya elanı verən şəxs saxlanılıb

Xəbərlər

23 Dekabr 2024, 12:19
Uşaq bağçalarına saxta vakansiya elanı verən şəxs saxlanılıb

Azərbaycanda internetdə uşaq bağçalarına saxta vakansiyalar elanı verməklə dələduzluq edən şəxs saxlanılıb.

AzEdu.az Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs işə qəbul üçün xidmət haqqı və sənədlərin təsdiqlənməsi məqsədilə ilkin ödənişləri bank kartına köçürtdürüb:

"Bu əməllərlə məşğul olan 29 yaşlı şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma gedir".

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox