Azedu.az

Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır

Xəbərlər

23 Dekabr 2024, 11:19
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır

Türk dünyasının ortaq xəritəsi hazırlanır.

AzEdu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritəçəkmə üzrə Baş direktoru, general-mayor Osman Alp paylaşıb.

Bildirilib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xəritəçəkmə qurumlarının rəhbərləri, hərbi attaşelərinin iştirakı ilə TDT-nin xəritəçəkmə qurumları rəhbərlərinin birinci toplantısı keçirilib.

Məlumata görə, üzv ölkələrlə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə), müşahidəçi dövlətlərin (Macarıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan) nümayəndələri türk dünyasının ortaq xəritəsini hazırlamaq məqsədi ilə bir araya gəliblər.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox