Azedu.az

15 yaşlı yeniyetmə tanışı tərəfindən BIÇAQLANDI-YENİLƏNDİ

Xəbərlər

23 Dekabr 2024, 09:37
15 yaşlı yeniyetmə tanışı tərəfindən BIÇAQLANDI-YENİLƏNDİ

Sumqayıtda 15 yaşlı oğlanı bıçaqlayan həmyaşıdı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov AzEdu.az-a bildirib ki, dekabrın 22-də saat 22 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmənin ayaq nahiyəsinə kəsici alətlə yüngül xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub.

Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

 

08:37

 

Sumqayıtda 15 yaşlı gənc oğlan bıçaqlanıb.

 

AzEdu.az xəbər verir ki, hadisə 42-ci məhəllədə qeydə alınıb.

 

Belə ki, 2009-cu il təvəllüdlü K. Q. münaqişə zamanı tanışı tərəfindən bıçaqlanıb.

 

Xəsarət alan 15 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib.

 

Fakt araşdırılır.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox