Azedu.az

Marketdə çalışan şəxs qətlə yetirildi

Xəbərlər

23 Dekabr 2024, 00:14
Marketdə çalışan şəxs qətlə yetirildi

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

AzEdu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Daş körpü” adlanan ərazidə baş verib.

1998-ci il təvəllüdlü Hüseynov Məhəbbət Ələddin oğlu, iki naməlum şəxs tərəfindən xəstəxanaya gətirilib. 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən şəxsin marketdə çalışdığı bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Sənan Şəfiyev saxlanılıb.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox