Azedu.az

Fənn olimpiadalarının rayon mərhələsində 2200-ə yaxın şagird iştirak edib

22 Dekabr 2024, 14:29
Fənn olimpiadalarının rayon mərhələsində 2200-ə yaxın şagird iştirak edib

Dekabrın 22-də ümumtəhsil məktəblərinin şagirdləri üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 8-11-ci siniflərin şagirdləri arasında keçirilən olimpiada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənlərini əhatə edib.

 

Naxçıvanda 8 mərkəzdə keçirilən olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərindən 2179 şagird iştirak edib.

 

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq və özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox