Azedu.az

Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib

Xəbərlər

22 Dekabr 2024, 08:24
Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib

Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki,  motosiklet yolu keçən 2006-cı il təvəllüdlü Məmmədli Ayan Teymur qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox