Azedu.az

Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb

21 Dekabr 2024, 09:53
Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb

ABŞ-da universitet və kolleclər beynəlxalq tələbələri yeni prezident seçilmiş Donald Trampın andiçmə mərasiminə qədər kampuslara geri qayıtmağa çağırıb. 

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, təhsil müəssisələri Trampın birinci administrasiyası dövründə etdiyi kimi indi də ABŞ-a səfər qadağaları irəli sürəcəyindən narahat olduqları üçün bu addımı atıblar. Çağırışa qoşulan universitet və kolleclərin sayı hər gün artır.

 

 

Bəzi müəssisələrdə yaz semestri Tramp vəzifəyə gəlməzdə əvvəl başlayır. Lakin ABŞ-da qalmaq imkanı akademik vizadan asılı olan hər kəsin riskləri azaltmaq üçün yanvarın 20-dək ABŞ-a qayıtmaları tövsiyə edilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox