Azedu.az

Ağalı kənd məktəbinə yeni direktor təyin olunub

20 Dekabr 2024, 14:56
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub

Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.

AzEdu.az Report-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə bu vəzifəyə Niftəliyev Azər Əlizamin oğlu təyinat alıb.

Məlumatı “Report”un sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsi təsdiqləyib.

Qeyd edək ki, A.Niftəliyev bu vəzifəyə təyin olunanadək Zəngilan rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, məktəbin bundan əvvəlki direktoru Nərmin Həsənova bu ilin iyul ayında səhhəti ilə əlaqəli ərizə yazaraq işindən ayrılıb. Direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Sahil Aslanlıya həvalə olunmuşdu.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox