Azedu.az

Prezident "AzEdu.az"-ın iki əməkdaşını təltif ETDİ

Xəbərlər

COP29 və Təhsil

20 Dekabr 2024, 12:41
Prezident "AzEdu.az"-ın iki əməkdaşını təltif ETDİ

AzEdu.az Təhsil Portalının 2 əməkdaşı İlham Əliyev tərəfindən 2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştiraklarına görə təltif olunub.

 

AzEdu.az xəbər verir ki, portalın direktoru Abbasova Tünzalə Əziz qızı və müxbiri Novruzova Ləman Bayram qızı, COP29-da göstərdikləri fəal iştiraka görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Təşəkkürnamə təqdim edilib.

 

AzEdu.az olaraq, əməkdaşlarımızı bu yüksək təltif münasibətilə təbrik edir, onların bu uğurlarının həm təhsil sahəsində, həm də Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində daha böyük nailiyyətlərə yol açacağına əminik.

 

Bu təltif həm də AzEdu.az-ın təhsil və ekoloji məsələlərdəki fəal mövqeyinin, ölkəmizin beynəlxalq inkişafına verdiyi töhfələrin göstəricisidir.

Rusiyadan ŞOK AÇIQLAMA - Türk birliyi dağıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox