Azedu.az

Körpələri xəstəliklərdən necə qoruyaq? - Pediatrdan TÖVSİYƏLƏR

Xəbərlər

20 Dekabr 2024, 12:01
Körpələri xəstəliklərdən necə qoruyaq? - Pediatrdan TÖVSİYƏLƏR

Havaların soyuması ilə virusların yayılması artır. Bu günlər xüsusilə körpələr üçün daha çətin keçir. Əgər evdə daha böyük yaşda uşaqlar varsa, körpələrin virusa yoluxma ehtimalı daha da artır. Valideynlər isə çox vaxt çıxış yolunu dərman preparatlarında axtarır.

 

Bəs körpəsi olan valideynlər övladlarını xəstəlikdən qorumaq üçün nə etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən pediatr Günay Rəsulova qeyd edib ki, valideynlər övladını tez-tez havaya çıxarmalıdırlar:
 

“Hər bir valideyn körpəsinin ana südü ilə qidalanmasına daha məsuliyyətlə yanaşmalıdır. Çünki, ana südü təbii peyvənddir. Eyni zamanda peyvəndləri vaxtında vurulması vacibdir.


Uşağı sağlam və düzgün qidalandırmalı, normal yuxu rejiminə diqqət etməliyik. Övladımızın xəstə şəxslərlə təmasdan qorunması isə vacib məsəllələrdən biridir. Bu gün əksər valideyinin yanlışlarından biri də övladını kiçik yaşdan bağçaya qoymasıdır. Ancaq övladımızı yaşından tez məcbur qalmayınca bağçaya qoymamağa çalışmalıyıq.

Ən vacib, hər zaman dediyimiz kimi, peyvəndlərin vurulmasına daha məsuliyyətlə yanaşmaqdır. 

Peyvəndi səbəbsiz gecikdirməməliyik. 

Yüngül peyvənd, ağır peyvənd seçməməliyik.

Təqvimə uyğun bütün peyvəndləri vaxtında vurdurmalıyıq.

Övladınız antibiotik çox almasın istəyirsinizsə, peyvəndlərinin hamısını vurdurun. Çünki, uşaq yaşlarında antibiotik ehtiyacı yaradan əksər infeksiyalardan uşağı peyvənd qoruyur”.

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox