Azedu.az

Ali təhsil alan şəxs ən azı B2 səviyyəsində xarici dil bilməlidir

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Dekabr 2024, 12:02
Ali təhsil alan şəxs ən azı B2 səviyyəsində xarici dil bilməlidir

Beynəlxalq sertifikasiya proqramlarının bir hissəsi ali təhsil sistemində, eləcə də kurikulumlarda əksini tapmalıdır.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla da ali məktəbi bitirən şəxs asanlıqla beynəlxalq sertifikat əldə edib rahat iş tapa bilər:

"Eyni zamanda ölkə üzrə də belə sertifikatların olması vacibdir. Çünki beynəlxalq sertifikatları xarici dili yaxşı bilənlər əldə edə bilər. Bu işdə təbii ki, universitetlər də maraqlı olmalıdır. Ali təhsili bitirən şəxs heç olmasa ən azı B2 səviyyəsində bir xarici dil biliyi olmalıdır. Misal olaraq, magistraturaya qəbul olmaq üçün ingilis dilini B2 səviyyəsində onlara təklif edirik".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox