Azedu.az

Bu il doğulanların çoxu oğlandır - STATİSTİKA

Xəbərlər

17 Dekabr 2024, 14:31
Bu il doğulanların çoxu oğlandır - STATİSTİKA

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86274 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub. Körpələrdən 2800-ü əkiz, 108-i üçəm və 4-ü isə dördəm doğulub.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox