İlin əvvəlindən ölkə əhalisinin sayı 37766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10218536 nəfərə çatıb.
Bu barədə AzEdu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar
təşkil edir.