Azedu.az

Kişi adlarına “a”, “ə” artırmaqla qadın adlarının düzəldilməsi halları artıb

17 Dekabr 2024, 13:57
Kişi adlarına “a”, “ə” artırmaqla qadın adlarının düzəldilməsi halları artıb

Son zamanlar valideynlər kişi adlarının sonuna “a”, ə” şəkilçisi artıraraq yeni qadın adlarının düzəldilməsi ilə bağlı müraciət edirlər.

AzEdu.az Report-a istinadən xəbər verir ki, açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

S.Sadıqova qeyd edib ki, bu kimi müraciətlərin sayı artıb:

“Valideynlərin uşaqlarına daha çox sistemdə olan adlarla bağlı müraciəti diqqəti cəlb edilir. Məsələn, Cəsur-Cəsurə, Cavid-Cavidə, Afiq-Afiqə, Əzim-Əzimə, Nuh-Nuhə, Nihad-Nihadə, Əfqan-Əfqanə, Aqşin-Aqşinə kimi adları misal göstərə bilərik”.

Sədr müavini eyni zamanda bu il ölkədə oğlan uşaqlarına ən çox verilən adlarin Əli, Məhəmməd, Murad, Uğur, Onur, Adnan, Altay, Babur, Bamsı olduğunu bildirib:

“İlk sırada Əli və Məhəmməd adları yer alır. Digər sadalanan adlar isə hər 10 uşaqdan 3-nə və ya daha çoxuna verilib. Qızlara gəlincə, onlara ən çox Fatimə, Zəhra, Banuçiçək, Nur, Selcan, Aysun, Ümra adı qoyulub. Bu adlar bu il üçün ilk beşlikdə dayanıb”.

"Bu il iki-üç adın birləşməsindən yaranan mürəkkəb adın ayrılıqda böyük hərflərlə yanaşı yazılması ilə bağlı müraciət də daxil olub. Azərbaycan dilinin adlar sistemində mürəkkəb adlar bitişik yazıldığından iki-üç adın böyük hərflə yanaşı, yəni misal olaraq, Əli Əzim Məhəmməd kimi yazılmasına icazə verilməyib", - o əlavə edib.

Bayrağımızın yandırılması Paşinyanı özündən çıxardı
Son xəbərlərDaha çox