Azedu.az

Məktəbdə atışma olub, ölən və xəsarət alanlar var

Xəbərlər

16 Dekabr 2024, 22:21
Məktəbdə atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-nin Viskonsin ştatının paytaxtı Medisondakı “Abundant Life” məktəbində atışma olub.

AzEdu.az-ın məlumatına görə, bu barədə “ABC News” yerli polisə istinadən xəbər verib.

Polis hadisə zamanı 4 nəfərin öldüyünü, daha 5 nəfərin xəsarət aldığını bildirib. Qeyd edilir ki, cinayətkar zərərsizləşdirilib. Onun şəxsiyyəti açıqlanmır.

Məktəbdə təxminən 390 şagird təhsil alır.

Xatırladaq ki, ötən il ABŞ-də məktəblərə 349, bu il isə 322 silahlı hücum olub.

Sabiq nazirdən şok sözlər - Bakıya hücum hazırlanır!
Son xəbərlərDaha çox