Azedu.az

“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Dekabr 2024, 16:02
“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib

Jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, xarici dillər, informatika və məntiqi təfəkkürün yoxlanması üzrə qəbul imtahanı proqramları, həmçinin ali təhsil müəssisələrinin magistraturalarına 2024-cü ilin qəbul imtahanında istifadə olunmuş test tapşırığı nümunələri və onların izahları Azərbaycan və rus dillərində dərc edilib. Jurnalın sonunda həmçinin magistraturaya qəbulla əlaqədar ən çox soruşulan suallar və onların cavabları təqdim olunub.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq  və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox