Azedu.az

Suriyada məktəb zəngi yenidən çalındı - Fotolar

Xəbərlər

16 Dekabr 2024, 10:40
Suriyada məktəb zəngi yenidən çalındı - Fotolar

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra məktəblər yenidən fəaliyyətə başlayıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox şagird təhsilinə davam etməyə başlasa da, bəzi valideynlər vəziyyətin qeyri-müəyyənliyinə görə övladlarını məktəbə göndərməyiblər.

Dəməşqdəki oğlan liseyində ilk dərs günündən fotolar da yayılıb. Görüntülərdə liseyin həyətində gözləyən şagirdlərin yeni dəyişdirilən dövlət bayrağı binadan asılarkən alqışladıqlarını görmək olur.

 



Sabiq nazirdən şok sözlər - Bakıya hücum hazırlanır!
Son xəbərlərDaha çox