Azedu.az

Sabah Bakıda külək əsəcək, dağlıq rayonlara qar yağacaq

Xəbərlər

15 Dekabr 2024, 12:12
Sabah Bakıda külək əsəcək, dağlıq rayonlara qar yağacaq

Dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bayrağımızın yandırılması Paşinyanı özündən çıxardı
Son xəbərlərDaha çox