Azedu.az

Xudatda avtomobil körpüdən aşıb, yeniyetmə xəsarət alıb 

14 Dekabr 2024, 16:38
Xudatda avtomobil körpüdən aşıb, yeniyetmə xəsarət alıb 

 

Xudat şəhərində "Mercedes" markalı avtomobilin körpüdən aşması nəticəsində 4 nəfər xəsarət alıb.

 

TƏBİB-dən AzEdu.az-a verilən məlumata görə, dekabrın 14-də saat 09:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1987-ci il təvəllüdlü (kişi cinsli), 2013-cü il təvəllüdlü (kişi cinsli), 1979-cu il təvəllüdlü (kişi cinsli) və 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslər tibb müəssisəsində müalicə almaqdan imtina ediblər.

Sabiq nazirdən şok sözlər - Bakıya hücum hazırlanır!
Son xəbərlərDaha çox