Azedu.az

Bakıda yeniyetmə idman zalında məşq zamanı ölüb

Xəbərlər

14 Dekabr 2024, 11:47
Bakıda yeniyetmə idman zalında məşq zamanı ölüb

Bakının Xətai rayonunda idman zalında ölüm hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən "Hədəf" idman klubunda qeydə alınıb.

 

Belə ki, məşq zamanı yeniyetmə idmançılardan birinin digər idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 13-də saat 18:30 radələrində Xətai rayonu ərazisindən çağırış daxil olub.

 

Mərkəzdən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb.

Sabiq nazirdən şok sözlər - Bakıya hücum hazırlanır!
Son xəbərlərDaha çox