Azedu.az

Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM)

14 Dekabr 2024, 08:50
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək

Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

Bu barədə AzEdu.az-a DİM-dən bildirilib.

İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox