Azedu.az

Yüksək Texnologiyalar Parkı və TİF arasında memorandum imzalanıb

Xəbərlər

13 Dekabr 2024, 15:26
Yüksək Texnologiyalar Parkı və TİF arasında memorandum imzalanıb

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Təhsilin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb.

AzEdu.az xəbər verir ki, bu memorandum, tədqiqatçılar, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye tərəfdaşları arasında əlaqələri gücləndirərək texnologiyaların transferi, innovasiya və kommersiyalaşdırma sahələrində əməkdaşlıq çərçivəsini müəyyən edir.

Görüş zamanı tərəflər arasında Azərbaycanda innovasiya ekosistemini gücləndirmək üçün mümkün layihə təklifləri müzakirə olunub.

Sənədi YTP-nin baş direktoru Nihat Məcidov və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox